Noy 26, 2020 15:53 Asia/Baku
  • Mahir Əl-Əxrəs azadlığa buraxılıb.

Uzun müddətli aclıq aksiyası ilə sionist rejimə ciddi problem yaradan fələstinli əsir Mahir Əl-Əxrəs azadlığa buraxılıb.

SəhərAzəri Əl-Məyadin telekanalına istinadla xəbər verir ki, Mahir Əl-Əxrəs sərbəst buraxildlqdan sonra İordan çayının qərb sahilinə daxil olub və qərar üzrə müalicə üçün Nablusda yerləşən Ən-Nəcah xəstəxanasına köçürüləcək.

Cenində yerləşən "Silə Əl-Zəhr" qəsəbə sakini 49 yaşlı Mahir Əl-Əxrəs özü və digər fələstinli əsirlərin həbsinə etiraz olaraq, 103 gün müddətinə aclıq aksiyası keçirib. Bu müddət ərzində sionist rejim məhkəmələri Əl-Əxrəsin səhhətinin pisləşməsinə və beynəlxalq və hüquqi qurumların inzibati həbs siyasətinin dayandırılması tələbinə baxmayaraq, onun sərbəst buraxılmasına qarşı çıxıblar.

Fələstinli müqavimət qrupları, dəfələrlə Əl-Əxrəsin səhhətində yaranan problemlər və onun nəticələri barədə sionist rejim başçılarına xəbərdarlıq ediblər.

Bu fələstinli əsir uzun müddətli aclıq aksiyası keçirərək, bir daha sionist rejim başçılarının özbaşına həbsləri məsələsini gündəmə gətirib.

İsrail rejimi məhbəslərində təxminən 4 min 800 fələstinli əsir saxlanılır.

Teqlər