İslam Ümmətinin birliyinə təkid
İslam Ümmətinin birliyinə təkid
Fələstin məsələsinə dəstək üçün İslam Ümmətinin birliyinə təkid
SəhərAzəri Həmas-ın siyasi bürosunun sədri vurğulayıb ki, İslam Ümməti Fələstin məsələsinə yönəlmiş fitnə və təhlükələr qarşısında Fələstin xalqı və müqavimətini himayə istiqamətində əhatəli və strateji bir layihə təqdim etməlidir.
İsmail Hənyə dünən gecə bir çıxışda Fələstini himayə edən ölkələrin parlamentlərinin milli təhlükəsizlik və xarici siyasət komissiyaları sədrlərinin virtual yığıncağında iştirak edən ölkələrin dəstəyini yüksək dəyərləndirib və belə deyib: Bu konfransın regionda mövcud olan ikitirəlik və ixtilaflar fonunda keçirilməsi göstərir ki, Fələstin məsələsi vahid və əhatəli bir məsələdir.
Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın siyasi bürosunun sədri vurğulayıb: İslam Ümməti müqavimət, Fələstin və Qüds məsələsi üstündəki bütün ixtilaflara rəğmən, sionizm planı və Amerikanın bölgəyə yiyələnməsi qarşısında ittifaqa və firkir birliyinə malikdir.
Qüdsü himayə edən parlamentlərin beynəlxalq video-konfransı bazar ertəsi günü Türkiyə, Malayziya, İndoneziya, Yəmən, Pakistan, Əlcəzair, Əfqanıstan, Qətər, Tunis, Livan, Boliviya, Venesuela, İraq, Suriya, Cənubi Afrika və Fələstin nümayəndələrinin iştirakı ilə keçirilib. «Qüds bizim birliyimiz amilidir!» devizi altında keçirilən bu video-kofransın təşkilatçısı, İran İslam Şurası Məclisi olubdur.