Fələstinlilərin evlərinin dağıdılması sionist rejimin etnik təmizləmə siyasətinin davamıdır
Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın sözçüsü vurğulayıb ki, «Humsa Əlfuqa» bölgəsində fələstinlilərin evlərinin dağıdılması sionist rejimin etnik təmizləmə siyasətinin davamı və mütəşəkkil terrorizmin bir növüdür.
SəhərAzəri xəbər verir, Həmas-ın sözçüsü Hazim Qasim dünən bir çıxışda deyib: İordan çayının qərb sahilində yerləşən «Humsa Əlfuqa» bölgəsində fələstinlilərin evlərinin dağıdılması onlarla il bundan öncədən Fələstin xalqına qarşı başlanmış sionist rejim tərəfindən törədilən etnik təmizləmə siyasətinin davamıdır.
Hazim Qasim söyləyib: Sionist rejimin «Humsa Əlfuqa»dakı evləri dağıtmaq üzrə cinayəti hər gün və hər yerdə Fələstin xalqına qarşı tətbiq edilən bu rejimin mütəşəkkil terrorizminin davamıdır.
Qasim vurğulayıb: Bu rejimin İordan çayının qərb sahilinin sakinlərini zorla köçürmək üzrə hərəkətlərinin şiddətlənməsi və onun fələstinli ərazilərini öz ərazilərinə qatmaq üzrə geniş səyləri, sionist rejim tərəfindən beynəlxalq qayda-qanunların önəmsiz saydığını göstərir.
Həmas-ın sözçüsü deyib: Sionist rejimin bu vəhşicəsinə cinayətlərini yalnız vahid və əhatəli müqaviməti artırmaq yolu ilə durdurmaq olar.
Sionist rejim başçıları 2020-ci ildə təkcə işğal olunmuş Qüdsdə 120 dağıntı əməliyyatı həyata keçiriblər. Bu əməliyyatlar Qüdsü yəhudiləşdirmək və sionist qəsəbəsalmaları genişləndirmək məqsədilə həyata keçirilir.
Fələstin iqtisadi və sosial hüquqlar mərkəzi də bundan öncə bildirmişdi ki, 2020-ci ildə İşğal olunmuş torpaqlarda sionist qəsəbəsalmalar nəzərəçarpacaq dərəcədə artıb və bu məsələ fələstinlilərin sosial-iqtisadi şəraitinin daha da çətinləşməsinə bais olubdur.