Fev 06, 2021 11:53 Asia/Baku
  • HƏMAS: Knessetin ərəb üzvünün söylədiyi anti-Fələstin sözləri biabırçılıqdır

HƏMAS-ın sözçüse deyib: Knessetin ərəb üzvü Mənsur Abbasın Fələstinə qarşı söylədikləri biabırçılıqdır

SəhərAzəri xəbər verir ki, Hazim Qasim deyib "Sionist rejimin Knessetinin üzvü olan bu ərəb təmsilçisinin sözləri işğalçıların rəvayətinə təslim omağı göstərir və biabırçılıqdır.

Həmas sözçüsü, bu açıqlamaları İsrail Baş naziri Binyamin Netanyahunun, Fələstinının azadlığı uğrunda mübarizə aparan fələstinli əsirlərə qarşı  söylədikləri ilə eyni olduğunu söylədi.

Bir neçə gün öncə M. Abbas İsrail şəbəkəsinə verdiyi müsahibədə Fələstinli məhbusları təxribatçı kimi xarakterizə edərək söyləmişdir : Həbsxanadakı "təxribatçılarla" görüşüm ilə bağlı xəbərlərin heç biri doğru deyil.

 

Teqlər