Sionist rejim Qəzzə zolağına vaksin göndərişinə mane olub
Fələstin muxtariyyətinin səhiyyə naziri dünən axşamçağı bir bəyanatda bildirib ki, sionist rejim koronavirus vaksininin Qəzzə zolağına göndərilməsinə mane olubdur.
SəhərAzəri xəbər verir ki, Fələstin muxtariyyətinin səhiyyə naziri Mey Əlkilə sionist rejimin beynəlxalq qanunlar, razılaşmalar və protokollarla təzadda olan bu qəddarcasına hərəkətdə məsuliyyət daşıdığını bildirib.
O, bununla bağlı belə izahat verib: Bu gün Qəzzə zolağına köçürülmək üçün iki min «Sputnik V» vaksini dozası hazır oldu ki, işğalçı sionist rejimin başçıları onun Qəzzə zolağına daxil olmasına mane oldular.
O, sonra deyib ki, bu vaksinlər təcili yardım bölmələrində işləyən tibb kadrı, həmçinin COVID-19-a yoluxmuş xəstələrlə bağlı reanimasiya və intensiv terapiya bölmələrində çalışan həkim kadrı üçün nəzərdə tutulmuşdu.
Fələstin muxtariyyətinin səhiyyə naziri sonda bildiribdir ki, muxtariyyət və muxtariyyətin səhiyyə nazirliyi vaksinin tez bir zamanda Qəzzə zolağına göndərilməsi üçün beynəlxalq təşkilatlarla əlaqə saxlayırlar.
Belə bir halda, sionist rejim parlamenti- knessetin xarici işlər və təhlükəsizlik komissiyasının üzvləri bundan öncə bir iclasda iddia etmişdilər ki, müqavimət qüvvələrinin əsirliyində olan iki sionist hərbçinin azad edilməyəcəyi zamanadək koronavirus vaksininin Qəzzə zolağına köçürülməsinə icazə verməyəcəklər,