Avq 17, 2021 16:33 Asia/Baku
  • Fələstin
    Fələstin

Fələstinli milli və islami qruplar qərb sahilində sionistlərə qarşı əhatəli tətil keçirmək üçün çağırış ediblər.

 SəhərAzəri-nin məlumatına əsasən, Qərb sahilinin Cenin şəhərində yerləşən milli və islami qruplar, həmçinin müxtəlif orqanlar sionist hərbçilərin dünən səhər dörd fələstinlini şəhid etmək üzrə cinayətinə görə, bu şəhərdə itaətsizliyin edilməsi və əhatəli tətilin keçirilməsini istəyiblər.

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas da bu tətilə hərtərəfli sədaqətə və geniş iştiraka çağırıb. Vurğulayıb ki, Cenin şəhidlərinin qanları qəsbkarların Fələstindən çıxmalarınadək azadlıq döyüşünün davam etməsi üçün qəti zəmanətdir.

Digər tərəfdən, Cenin şəhərinin, onun düşərgə, kənd və qəsəbələrinin sakinlərindən minlərlə nəfər sionist rejimin cənazələrini təhvil verdiyi iki şəhidin dəfn mərasimində iştirak edib.

Fələstin Səhiyyə Nazirliyi dünən səhər bildirdi ki, sionist hərbçilərin Ceninə qarşı hücumlarından sonra dörd fələstinli şəhid edilib və və Təl-Əviv bu şəhidlərdən ikisinin cənazəsini təhvil verməyib.

 

Teqlər