Təl-Əviv geri çəkildi;
Sionist rejim Qəzzə zolağına qarşı qoyulan məhdudiyyətləri ləğv etdi
Fələstin rəsmilərinin Təl-Əvivə sərt xəbərdarlığı və xalq hərəkətlərinin başlamasından sonra sionist rejim ordusu Qəzzə zolağına qarşı qoyulan məhdudiyyətlərin ləğv edildiyini rəsmən elan edib.
SəhərAzəri-nin verdiyi məlumata görə, sionist rejim ordusunun sözçüsü bir bəyanatda bildirib ki, təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsi prosesi başa çatdıqdan sonra Tel-Əviv, Qəzzə zolağının sakinləri üçün balıq ovu sahəsini 15 dəniz milinə qədər artırmağa qərar verib.
Sionist rejim ordusunun bildirdiyinə görə, "Kərəm Əbu Salem" keçidi də Qəzzəyə mal və təchizatların gətirilməsi üçün tamamilə açıqdır.
Tel-Əviv ordusunun sözçüsü həmçinin, Qəzzə zolağının su kvotasının beş milyon kubmetrə qədər artırılacağını da bildirib.
Sionist rejim Fələstin müqaviməti ilə son 12 günlük müharibədən sonra Qəzzə zolağına qarşı bir sıra məhdudiyyətlər tətbiq etdi və bu fürsətdən istifadə edərək, müqavimət həbsxanalarındakı məhbuslarını azad etmək niyyətində idi.
Qahirədə Fələstin İslami Müqavimət Hərəkatı Həmas ilə Tel-Əviv nümayəndələri arasında aparılan bir sıra dolayı danışıqlardan sonra, müqavimətə yaxın media mənbələri, sionist rejimin Qəzzənin tələblərini yerinə yetirməkdə gecikməyə davam etdiyini bildirdilər. Beləliklə də, Qəzzədə yerləşən müqavimət qrupları, sərt bəyanatlarla Təl-Əvivə xəbərdarlıq edərək, bir neçə gün ərzində sionist sakinli qəsəbələrə bir neçə raket zərbələri endirdilər; Amma Tel -Əviv onlara cavab vermədi.
Digər tərəfdən, müqavimət Qəzzə zolağının mühasirəsinə cavab olaraq, xalq hərəkatlarının başladığını rəsmən elan etdi.
Müqavimət qrupları Təl-Əvivin bu addımı ilə bağlı hələ ki, heç bir açıqlama verməyiblər.