Okt 24, 2021 13:46 Asia/Baku
  • Sionist
    Sionist

Sionist qəsəbə sakinləri bu rejim hərbçilərinin himayəsi altında bir daha Məsciduləqsa-ya basqın ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Sionist qəsəbə sakinləri Məsciduləqsa səhnlərinə basqından sonra anti-islami şüarlar veriblər. Onlarla fələstinlilər arasında şiddətli toqquşma baş verib.

Belə bir halda, son zamanlar İslami Müqavimət Hərəkatı- Həmas-ın baş üzvü Məhəmməd Həmadə bildirmişdi ki, bu hərəkat Məsciduləqsa-nı müdafiə istiqamətində «ümumi hazır vəziyyət» elan etmək məqsədilə çağırış veribdir.

Həmadə həmçinin bildiribdir ki; əgər sionist qəsəbə sakinləri bu rejimlə bağlı münasibətlərdə qarşıdakı günlərdə Məsciduləqsa-ya basqın etmək istəyərlərsə, fələstinliləri hiddət günü aksiyası təşkil etməyə çağıracağıq.

Məsciduləqsa, Beytülmüqəddəsin islami və xristian mahiyyətini aradan götürmək və onu sionizm simvolları ilə əvəz etmək üçün sionist qəsəbə sakinləri və bu rejim hərbçilərinin cövlangahına çevrilibdir.

 

Teqlər