Fələstinli əsir 131 gün aclıq aksiyasından sonra qalib gəlib
Fələstinli əsir Kayid Əlfəsfus 131 gün aclıq aksiyasından sonra öz inzibati həbsinin ləğv edilməsi və azadlığı barədə hökmü aldıqdan sonra aclıq aksiyasını dayandırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Əldə olunmuş razılaşmaya əsasən, bu əsir dekabrın 14-də azad ediləcək. O, hələlik xəstəxanada qalacaq, amma onun inzibati həbs hökmü azad ediləcəyi günədək dayandırılacaq.
Belə bir halda, hələ üç digər fələstinli əsir öz inzibati həbsinə etiraz olaraq, aclıq aksiyası keçirməkdədir. Bunlar, Hişam Əbu-Həvvaş, Əyad Əlhərimi və Löy Ələşqərdir. Onlar müfaviq olaraq, doxsan yeddi, altmış bir və qırx dörd gündür ki, aclıq keçirirlər.
«Nadi Ələsir Əlfilistini» mərkəzi cari milad ayının on biri və on səkkizində Əla Ələrəc və Miqdad Əlqəvasimənin 133 gün aclıq aksiyasından sonra öz inzibati həbs hökmlərinin ləğvi ilə bağlı qalib gəlmələrindən xəbər verdi.
Hal-hazırda dörd min beş yüzə yaxın fələstinli əsir sionist rejimin on doqquza yaxın məhbəsində əsirlikdədir. Onların 544 nəfəri ömürlük həbs cəzasına məhkum edilib.