Fələstin xalqının hüquqlarını müdafiə etmək zəruridir
-
Əli Nikzad
İran parlamenti-İslam Şurasi Məclisinin viste-spikeri Fələstin xalqının hüquqlarını müdafiə edərək, sionist rejimin cinayətləri və ABŞ-ın ilqarsızlığının pislənməsi vacibliyini vurğulayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Beynəlxalq Parlamentlərarası İttifaqının 143-cü Assambleyasında iştirak etmək üçün bir parlament nümayəndə heyətinin müşayiəti ilə Madridə səfər etmiş İran İslam Şurası Məclisinin vitse-spikeri Əli Nikzad bu assambleyada çıxışı zamanı müxtəlif regional və beynəlxalq məsələlərdə İran İslam Respublikasının mövqelərini şərh edərək, Fələstin xalqına dəstək verilməsinin vacibliyinə toxunub və əlavə edib: "Sionist rejim ABŞ-ın dəstəyi ilə istənilən cinayəti törədir".
İslam Şurası Məclisinin vitse-spikeri deyib: "ABŞ hökuməti seçici siyasətlər tətbiq etməklə, öz dostlarının, xüsusilə də dünyanın ən böyük terror qarnizonu olaraq, sionist rejimin əlini kütləvi qırğın silahlarının istehsalı və inkişafı, terror təşkilatlarının yaradılması, digər ölkələrin hərbi işğalı və insan hüquqlarının kobud şəkildə pozulmasında açıq qoyur, amma digər tərəfdən, bu cür siyasətlərə qarşı çıxan müstəqil və azadlıqsevər xalqlara və millətlərə saxta ittihamlarla hər cür təzyiq göstərir".
Nikzad daha sonra ABŞ-ın nüvə sazişinə münasibətini bu ölkənin beynəlxalq öhdəliklərə, qayda və qanunlara laqeydliyinin bariz nümunəsi kimi dəyərləndirib və qeyd edib ki, İran İslam Respublikası nüvə anlaşması çərçivəsində öz öhdəliklərində tam dürüstlük və şəffaflıqla əməl etdiyi bir halda Birləşmiş Ştatlar və Avropa gücləri nəinki bu beynəlxalq müqavilə üzrə öhdəliklərinin heç birini yerinə yetirməmişlər, eyni zamanda sərt və qeyri-insani sanksiyalar tətbiq etməklə İran vətəndaşlarının güzəranı, rifahı, sağlamlığı və müalicəsinin müxtəlif aspektlərinə mənfi təsir göstəriblər.