Sionist hərbçilər bir fələstinli gənci şəhid ediblər
https://azeri.sahartv.ir/news/fələstin-i383981-sionist_hərbçilər_bir_fələstinli_gənci_şəhid_ediblər
Fələstinin Səhiyyə Nazirliyi Qərb sahilinin şimalında yerləşən Nablusda sionist hərbçilər tərəfindən bir fələstinli gəncin şəhid edilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 11, 2021 08:10 Asia/Baku
  • Sionist hərbçilər bir fələstinli gənci şəhid ediblər

Fələstinin Səhiyyə Nazirliyi Qərb sahilinin şimalında yerləşən Nablusda sionist hərbçilər tərəfindən bir fələstinli gəncin şəhid edilməsindən xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, Fələstin Səhiyyə Nazirliyi bildirib ki, sionist hərbçilərin Nablusun cənubundakı Beyta qəsəbəsində bir qrup fələstinliyə hücumu və onlar arasında toqquşmaların baş verməsindən sonra, "Cəmil Əbu Əyyaş" adlı fələstinli gənc sionist hərbçilərin atəş açması nəticəsində şəhid olub.  

Nazirliyin məlumatına görə, sionist hərbçilər fələstinli gənci baş nahiyəsindən hədəfə alıblar.

Sionist hərbçilər bazar ertəsi günü də İordan çayının qərb sahilindəki "Tulkərm" şəhərinin yaxınlığında 16 yaşlı fələstinli gənci şəhid ediblər. 

Həmçinin şənbə günü də "istişhadi əməliyyat" zamanı daha bir fələstinli gənc sionist hərbçilər tərəfindən hədəfə alınaraq, şəhid edilib.