Dek 19, 2021 20:17 Asia/Baku
  • Sionistlər
    Sionistlər

Qərb sahilinin şimalında sionist qəsəbə salma işi üzrə məsul şəxs bildirib ki, sionist qəsəbə sakinləri ötən iki gündə qərb sahilində yerləşən onlarla fələstinli evinə basqın ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Ğəsan Dəğləs bu gün deyib ki, sionist qəsəbə sakinləri ötən 48 saat ərzində qərb sahilinin Nablus şəhərində yerləşən Deyr-Şərəf, Bərqə, Səbsətiyyə kəndlərində qırx fələstinli evinə basqın ediblər.

Ekstremist sionist qəsəbə sakinləri bu basqında silah, daş, ağac və çomaqdan istifadə ediblər. Nəticədə bir fələstinli ailənin iki üzvü yaralanıb, bir neçə evə də xəsarət dəyibdir.

Belə bir halda, Fələstin xarici işlər nazirliyi bir bəyanatda qeyd olunan hücumun nəticələri haqda xəbərdarlıq və belə qeyd edib: Sionist qəsəbə sakinlərinin və sionist yarımhərbçilərin xüsusən Nablusun şimalında yerləşən Bərqə qəsəbəsində Fələstin xalqına qarşı mütəşəkkil terror hərəkətləri işğal olunmuş Fələstində gərginliklərin artmasına bais olacaq.

 

Teqlər