Dek 25, 2021 12:47 Asia/Baku
  • Sionist hərbçilərin hücumu nəticəsində 53 fələstinli yaralanıb

Fələstin Qızıl Aypara Cəmiyyəti cümə günü İordan çayının qərb sahilinin şimalında sionist hərbçilərlə toqquşmalarda 53 fələstinlinin yaralandığını açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Fələstin Qızıl Aypara Cəmiyyəti qısa bir açıqlamada bildirib ki, sionist hərbçilərin Nablus vilayətinin "Bərqa" və "Beyt Dəjən" qəsəbələrində fələstinli etirazçılara hücumu nəticəsində 53 fələstinli yaralanıb.

Məlumata görə, sionist hərbçilər plastik güllə və gözyaşardıcı qaz ataraq, sionist sakinli qəsəbələrin inşasına etiraz edən fələstinlilərə hücum ediblər.

Sionist qəsəbə sakinləri, həmçinin İyordan çayının qərb sahilinin şimalındakı "Qana" bölgəsinə hücum edərək üç fələstinlini döyüblər.

Bir neçə saat əvvəl də "Raməllah" şəhərində bir sionist qəsəbə sakini öz avtomobili ilə "Qədir Füqəha Musalimə" adlı 63 yaşlı fələstinli qadını vuraraq, şəhid edib. 

Teqlər