Qərb sahilində tətil aksiyası; Nablusda 3 gənc fələstinlinin şəhid olmasına qarşı etiraz
https://azeri.sahartv.ir/news/fələstin-i385823-qərb_sahilində_tətil_aksiyası_nablusda_3_gənc_fələstinlinin_şəhid_olmasına_qarşı_etiraz
İordan çayının qərb sahilinin sakinləri Nablus şəhərində sionist rejim hərbçiləri tərəfindən 3 gənc fələstinlinin şəhid edilməsinə etiraz olaraq, tətil aksiyasına başlayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 09, 2022 17:34 Asia/Baku
  • 3 gənc fələstinlinin şəhid olmasına qarşı etiraz
    3 gənc fələstinlinin şəhid olmasına qarşı etiraz

İordan çayının qərb sahilinin sakinləri Nablus şəhərində sionist rejim hərbçiləri tərəfindən 3 gənc fələstinlinin şəhid edilməsinə etiraz olaraq, tətil aksiyasına başlayıblar.

SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejimin işğalçı qüvvələri çərşənbə axşamı Nablus şəhərində bir avtomobili atəşə tutublar və onun "Əl-Əqsa şəhidləri" briqadasından olan üç gənc fələstinli sərnişinini şəhid ediblər, bir nəfəri isə saxlayıblar. "Əl-Əqsa şəhidləri" briqadası Fəth hərəkatının hərbi qoludur.