HƏMAS: Fələstin xalqı öz torpaqlarını və müqəddəslərini müdafiə edəcək
-
HƏMAS
Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS Əl-Xəzirə şəhərində həyata keçirilən "İstişhad əməliyyatı"na reaksiyada, bu əməliyyatı sionistlərin işğalçılığına və Fələstin xalqı və müqəddəs məkanlarına qarşı cinayətlərinə təbii və qanuni bir cavab olduğunu bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Media mənbələri bazar günü Hayfanın cənubundakı Əl-Xəzirə şəhərində iki gənc fələstinlinin şəhidlik əməliyyatı barədə məlumat yayıblar; Hansı ki, ən azı iki sionistin ölümü, dördünün yaralanması, eləcə də əməliyyatın icraçılarının şəhid olması ilə nəticələnib.
HƏMAS hərəkatı bir bəyanat yayaraq, Əl-Xəzirədə işğalçı sionist əsgərlərə qarşı qəhrəmancasına əməliyyatı təbrik edib və vurğulayıb: "Biz şəhidlərin qanının qisasını almaq və işğalçının təcavüzü və terroruna cavab olaraq, həyata keçirilən bu qəhrəmancasına əməliyyatın iki icraçısının şücaət və cəsarətini təqdir edirik".
HƏMAS, həmçinin qeyd edib ki, Fələstin xalqı azad edilib, oraya qayıdana qədər öz torpaqlarını və müqəddəs məkanlarını hər bir vasitə ilə müdafiə etmək yolundadır.
Dünən də Fələstin müqavimət qrupları Əl-Xəzirə şəhidlik əməliyyatını alqışlayıb və bunun sionistlərin cinayətlərinə cavab olduğunu bildiriblər.