Təl-Əviv dəhşət içindədir; Təhlükəsizlik hazırlığı ən yüksək səviyyəyə qaldırılıb
https://azeri.sahartv.ir/news/fələstin-i387423-təl_Əviv_dəhşət_içindədir_təhlükəsizlik_hazırlığı_ən_yüksək_səviyyəyə_qaldırılıb
Təl-Əvivin şərqində bir fələstinli gəncin şəhidlik əməliyyatından sonra sionist rejim mediaları bu rejim başçıları arasında şiddətli narahatlıq və qorxudan xəbər veriblər və bildiriblər ki, qorxu və əmin-amansızlıq Təl-Əvivin küçələrini bürüyüb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Mart 30, 2022 09:18 Asia/Baku
  • Təl-Əviv
    Təl-Əviv

Təl-Əvivin şərqində bir fələstinli gəncin şəhidlik əməliyyatından sonra sionist rejim mediaları bu rejim başçıları arasında şiddətli narahatlıq və qorxudan xəbər veriblər və bildiriblər ki, qorxu və əmin-amansızlıq Təl-Əvivin küçələrini bürüyüb.

SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejim başçıları işğal olunmuş Fələstin ərazisində və Qərb sahilində təhlükəsizlik hazırlığını ən yüksək səviyyəyə qaldırıblar, eyni zamanda sionis rejim ordusunun baş qərargah rəisi Aviv Koxavi bölgədəki batalyonların sayını 8-ə çatdırmaq üçün Qərb sahilinə daha dörd batalyonunun göndərilməsini əmr edib. 

"Əl-Məyadin" telekanalının məlumatına görə, sionist rejim hələ də bu əməliyyatın şokunu yaşayır və işğal olunmuş Fələstində növbəti şəhidlik əməliyyatı həyata keçiriləcəyi təqdirdə sionist rejimin baş naziri Neftali Bennetin kabinetinin buraxılacağı ehtimal olunur.