Apr 03, 2022 11:51 Asia/Baku
  • Sionist rejim
    Sionist rejim

Sionist rejim fələstinlilərin müqavimət əməliyyatlarının qorxusundan qəsb olunmuş Qüdsə iki yüz xüsusi təyinatlı qüvvə göndərib.

SəhərAzəri-nin məlumatına əsasən, Son günlər ərzində fələstinlilərin Təl-Əvivin içərilərinədək anti-sionist əməliyyatlarının artması, sionist rejim başçıları və sionist qəsəbə sakinlərində qorxu və nigarançılıq hissi yaradıb.

Sionist rejimin radio və televiziya kanalları xəbər veriblər ki, Qüdsdəki polis qüvvələrini gücləndirmək üçün oraya xüsusi təyinatlı bölmələrdən iki yüz əsgər göndərilib.

Bu məlumata əsasən, təhlükəsizlik sızmalarının qarşısını almaq üçün Qüdsdə yüzlərlə sionist əsgər toplanıb.

Belə bir halda, sionist medialar iddia ediblər ki, bu rejimin təhlükəsizlik qüvvələri yeni bir əməliyyatın keçirilməsinə cəhdi zərərsizləşdirə biliblər.

Deyilənlərə görə, sionist rejimin baş naziri Naftali Benet ictimai təhlükəsizlik xidmətinin rəisi ilə görüşdə bu yeni əməliyyatın zərərsizləşdirilməsinin detallarından xəbərdar olub.

Fələstinli bir gəncin çərşənbə axşamı günü beş sionistin ölümü ilə nəticələnən Təl-Əvivdə keçirdiyi əməliyyat, işğalçı rejimin təhlükəsizlik və ictimai boşluq və zəifliklərini göstərdi. Bu əməliyyat və ondan qabaqkı əməliyyatlar sionistlərin vücuduna titrətmə salıb və bu rejimin baş naziri Naftali Benet onu dəhşətli bir əməliyyat kimi yad edib.

Belə bir halda, sionist rejim medialarının açıqladıqları məlumata görə, işğal olunmuş ərazilərdə aparılan rəy sorğusunun nəticələri ondan xəbər verir ki, «sionistlərin şəxsi təhlükəsizlik hissi» göstəricisi, 10-dan dördə enibdir.

 

Teqlər