Müqavimət ilk dəfə kruz raketindən istifadə edib
Fələstin müqaviməti sionist rejim qırıcıları ilə mübarizə zamanı ilk dəfə olaraq, çiyin üstündən atılan raketdən istifadə edib.
SəhərAzəri-nin məlumatına əsasən, Bu gün səhər saatlarında Qəzzə zolağının cənubunun səması sionist rejimin qırıcıları və PUA-larının bu bölgə üzərində uçmalarının şahidi olub. Bu hücumlar Fələstin müqavimət qüvvələrinin cavabı ilə qarşılanıb.
Fələstin müqavimət qüvvələri bu qarşılaşma zamanı Təl-Əviv qırıcılarının izlənilməsində ilk dəfə olaraq, çiyin üstündən atılan raketdən istifadə ediblər.
Fələstin müqavimət qüvvələrindən olan mənbələr Əlməyadin telekanalına bildiriblər ki, sionist rejimin Qəzzədə döyüş qaydalarından kənara çıxması bizim cavabımızla üzləşəcək və vəziyyəti partlayış halına gətirəcək.
Belə bir halda, Fələstində «Şəhid İzzəddin Əl-Qəssam» batalyonlarının hava hücumundan müdafiə qüvvələri yer-hava raketlərilə sionist rejimin qırıcıları ilə mübarizə aparıblar.
Dünən Əlməyadin müxbiri Qəzzə zolağının cənubunda partlayış səsinin eşidilməsindən xəbər vermişdi. Sionist rejim mənbələri isə bildiriblər ki, Fələstin yaşayış massivlərinə tərəf azı bir raket atıblar.
Fələstin müqavimət qrupları bundan öncə bildirmişdilər ki, tam hazır vəziyyətdə sionist rejimin təcavüzləri qarşısında dayanacaqlar və sionistlər təcavüz edəcəkləri təqdirdə onun nəticələrinin tam məsuliyyətini qəbul etməlidirlər.
Fələstin müqavimət qrupları həmçinin Qəzzəyə qarşı hücumlarının davam edəcəyi halda, işğalçı rejimlə yaxından qarşılaşma barədə xəbərdarlıq etmişdilər.