Bir qrup fələstinli namazqılan bədən xəsarəti alıb
Məscidüləqsanın ərazisini namazqılanlar və müxbirlərdən boşaldan işğalçı sionist qüvvələr məsciddə yerləşən Əlqibli müsəllasını mühasirə edib, fələstinli namazqılanlara tərəf rezin güllələr atıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Mübarək Ramazan ayının əvvəlindən işğal olunmuş Qüdsdə və Məscidüləqsanın ətrafında fələstinlilərlə sionist hərbçilər arasında başlanan toqquşmalar hələ də davam edir.
Mübarək Ramazan ayının əvvəlindən başlanan sionist hərbçilərin qərb sahilinə və işğal olunmuş Qüdsə qarşı hücumları onlarla fələstinlinin şəhid olması və yaralanmasına bais olub.
Əlcəzirə telekanalı bu gün fələstinli mənbələrə istinadla xəbər veribdir ki, qəsbkar hərbçilərin Məscidüləqsada yerləşən Əlqibli müsəllasına qaz bombaları atmaları nəticəsində bir qrup fələstinli namazqılan tənəffüs problemi ilə üzləşib.
«Qübbət-üs-Səxrə»də qadınlara hücum edən işğalçı sionist qüvvələr onları müdafiə edən gəncləri döyüblər.
BİR QRUP FƏLƏSTİNLİ NAMAZQILAN BƏDƏN XƏSARƏTİ ALIB