“Azadlıq tuneli”nin əsirləri barədə hökm çıxarılıb
https://azeri.sahartv.ir/news/fələstin-i389356-azadlıq_tuneli_nin_əsirləri_barədə_hökm_çıxarılıb
“Azadlıq tuneli”nin əsirlərinə qarşı çıxarılmış hökmlərin oxunması üçün sionist rejim məhkəməsinin iclası keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 22, 2022 15:23 Asia/Baku
  • “Azadlıq tuneli”nin əsirləri barədə hökm çıxarılıb

“Azadlıq tuneli”nin əsirlərinə qarşı çıxarılmış hökmlərin oxunması üçün sionist rejim məhkəməsinin iclası keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejim məhkəməsi bu gün bir hökmdə tunel qazmaq ittihamı ilə bu əsirlərdən beş nəfərini beş il səkkiz ay həbs cəzasına və maliyyə cəriməsinə məhkum edib.

Hələ bu məhkəmə işindəki altıncı əsirlə barədə hökm, onun məhbəsdəki fərqli durumuna görə, verilməyibdir.

Altı fələstinli əsir 6 sentyabr 2021-ci il tarixində səhərçağı Gilboa təhlükəsizlik zindanının xaricinə tədricən qazdıqları tunel vasitəsilə həbsxanadan qaçmağa müvəffəq oldu və sionist rejimin təhlükəsizlik və siyasi aparatını şoka saldı. Bu altı əsir bir müddət sonra yenidən sionist rejim tərəfindən əsir götürüldü.

Bir qrup irlandiyalı ekspertin nəzarəti altında tikilən və 2004-cü ildə fəaliyyətə başlayan Gilboa zindanı işğal olunmuş ərazilərdəki güclü təhlükəsizlik tədbirlərinə görə, “seyf” adlandırılır.