Sionistlər Qərb sahilindəki Beytləhmin şərqinə hücum ediblər
Xəbər mənbələri sionist hərbçilərin İordan çayının qərb sahilindəki Beytləhmin şərqinə hücum etdiyini bildiriblər.
SəhərAzəri-nin məlumatına əsasən, Bazar günü işğal olunmuş Qüds şəhərinin köhnə hissəsinin küçələrində sionist hərbçilərin dəstəyi ilə qondarma bayraq yürüşü keçiriblər və bu yürüş Fələstin vətəndaşları, eləcə də Qüds və Əl-Əqsa məscidinin müdafiəçiləri tərəfindən sərt reaksiya ilə üzləşib.
Fələstin Qırmızı Aypara Cəmiyyəti bundan əvvəl işğal altındakı Qüds şəhərinin şərqində və İordan çayının qərb sahilində sionistlərin hücumları nəticəsində ən azı 200 fələstinlinin yaralandığını bildirmişdi.
Fələstinin "Məa" Xəbər Agentliyinin məlumatına görə, İsrail rejimi hərbçilərinin Beytləhmin şəhərindəki "Təqu" qəsəbəsinə hücumundan sonra sionistlərlə fələstinlilər arasında şiddətli toqquşmalar baş verib.
Sionist hərbçilər fələstinli gənclərə həqiqi və rezin güllələr və gözyaşardıcı qazla hücum ediblər.
Hücum nəticəsində ölənlərin sayı barədə hələ ki ətraflı məlumat verilməyib.
Digər tərəfdən, sionist hərbçilər İordan çayının qərb sahilinin cənubundakı Dora şəhərində bir neçə fələstinli gəncə doğru atəş açıblar ki, nəticədə onlardan biri yaralanıb və xəstəxanaya çatdırılıb.