83 gün aclıq aksiyası
Əsir Raid Rəyyan sionist rejim zindanındakı öz müvəqqəti həbsinə etiraz əlaməti kimi 83-cü gün üçün aclıq keçirib.
SəhərAzəri-nin məlumatına əsasən, Fələstinli əsirlər və azadələrin məsələləri üzrə heyətin sözçüsü Həsən Əbd Rəbbuh hal-hazırda sionist rejim zindanının Rəmlədə yerləşən müalicə mərkəzində yatır və vəziyyəti ağırdır.
Əsir Rəyyan iki aya yaxın Ufer məhbəsinin fərdi kamerasında həbsdə olub. Bu məsələ onun vəziyyətinin ağırlaşmasına səbəb olubdur.
Bundan öncə Fələstin İslami Müqavimət Hərəkatı- Həmas bir bəyanatda sionist düşməni fələstinli əsirlərə qarşı rasist hərəkətlər və təcavüzləri, həmçinin onların qanuni insan hüquqlarını pozmağı davam etdirməkdən çəkinməyə çağırmış və bildirmişdi ki, müqavimət fələstinli əsirlərin sionist rejim zindanlarından azad edilmələrinə öhdəliklidir.
Fələstinlilərin administrativ həbsi fələstinli məhbuslarla ən qeyri-insani rəftardır və indiyədək insan hüquqlarını müdafiə iddiasında olan Qərb və Avropa hökumətlərindən heç biri fələstinlilərin acınacaqlı vəziyyətlərinə son qoymaq üçün real addım atmayıbdır.
4500-ə yaxın fələstinli əsir sionist rejim məhbəslərində əsirdir.