Apr 05, 2023 15:39 Asia/Baku
  • Qəzzəyə yenidən bombalanır / müqavimət qüvvələri cavab verir

Sionist rejim qırıcıları bu gün səhər saatlarında Qəzzə zolağının şimal, cənub və mərkəzi bölgələrinə hücum edib. Müqavimətin hava hücumundan müdafiə bölməsi də bu qırıcılarla qarşılaşmağa başlayıb və sionist qəsəbələri raketlərlə hədəfə alınıb.

SəhərAzəri-nin məlumatına əsasən, Fələstin mənbələrinin bildirdiyinə görə, sionist rejimin döyüş təyyarələri Qəzzə zolağında Fələstin müqavimətinin bir neçə məntəqəsini bombalayıb.

Bunun qarşısında, Fələstin müqavimətinin hava hücumundan müdafiə bölməsi də sionist rejimin qırıcılarını yerüstü zenit qurğuları ilə qarşı-qarşıya qoyub.

İşğalçı rejimin artilleriya bölməsi də Qəzzə zolağının şimalındakı "Beyt Lahiya" şəhərinin şimal-qərbində bir nəzarət mərkəzini və Qəzzə zolağının cənubundakı Xan-Yunisdə "Əl-Fəxari" bölgəsinin şərqində yerləşən müqavimət qüvvələrinin başqa bir mövqeyini hədəfə alıb. 

Həmçinin Qəzzə zolağının mərkəzindəki Deyr Əl-Bələh şəhərinin şərqində yerləşən müşahidə və nəzarət mərkəzi də sionist rejim ordusunun artilleriya hücumuna məruz qalıb.

Sionist rejim polisi ötən gecə Əl-Əqsa məscidində fələstinli ibadət edənlərə və etikafda olan insanlara hücum edib və onları döyüb, həmçinin ən azı 400 fələstinlini həbs edib. 

Qəzzədəki Fələstin müqavimət qrupları da Qəzzə zolağının işğal olunmuş ərazilərlə sərhədi ətrafındakı sionist yaşayış məntəqələrini raketlərlə hədəfə alıb və bundan sonra bu qəsəbələrdə təhlükə sirenaları səsləndirilib. 

Fələstin müqaviməti bundan əvvəl də sionistlərin Əl-Əqsa məscidində törətdikləri yeni cinayətlərə cavab olaraq, sionist yaşayış məntəqələrinə bir neçə raket atıb.

Teqlər