Sionist rejimin Ən-Nuseyrat düşərgəsinə hücumunda 14 fələstinli şəhid olub
İşğalçı İsrail qüvvələrinin ötən saatlarda Qəzzənin mərkəzində yerləşən Ən-Nuseyrat düşərgəsində bir evi bombalaması nəticəsində 14 fələstinli şəhid olub, onlarla insan isə yaralanıb.
Eyni zamanda sionist rejimin artilleriya bölməsi Qəzzənin cənub-şərqini hədəfə alıb. Rejim hərbçilərinin Qəzzənin şimalındakı Cəbaliyyə düşərgəsindəki bir evə hücumlarında isə çox sayda insan şəhid olub və bir neçə nəfər yaralanıb.
Qəzzə Səhiyyə Nazirliyi bu gün səhər sionist rejimin son 24 saat ərzində Qəzza zolağında 11 cinayət törətdiyini, nəticədə 103 fələstinlinin şəhid olduğunu, 145 nəfərin isə yaralandığını açıqlayıb.
Məlumata əsasən, Qəzzə zolağına qarşı təcavüz başlayandan bəri 28 min 576 fələstinli şəhid olub, 68 min 291 nəfər isə yaralanıb.
Sionist rejimin Qəzzə zolağına hücumlarının başlamasından 131 gün keçir, işğalçı qüvvələr hələ də cinayət törətməkdə davam edir və Qəzzənin cənubunda yerləşən “Rəfəh” şəhərində növbəti faciə və fəlakətin baş verməsi üçün zəmin yaratmağa çalışırlar.
Digər bir məlumata görə, çərşənbə günü sionist rejim işğalçı qüvvələrinin Qəzzənin şimalındakı Şeyx Rizvan məhəlləsinə hücumu nəticəsində fələstinli jurnalist Mötəz Mustafa Əl-Qəfəri şəhid olub.
Cinayətkar sionistlər Şeyx Rizvan məhəlləsində bir avtomobili bombalayıblar, nəticədə bu müxbir, həyat yoldaşı və uşağı şəhid olub. Bu müxbirin şəhid olması ilə müharibənin əvvəlindən Qəzzədə şəhid olan media işçilərinin sayı 127 çatıb.