İranın xarici işlər naziri Qəzzədə soyqırımı dayandırmaq üçün İƏT-in təcili toplantısını çağırıb
İran xarici işlər naziri sionist rejimin Qəzzə zolağında Fələstin xalqına qarşı fasiləsiz qətliamını xatırladaraq, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin təcili iclasını çağırıb.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian cümə axşamı günü İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hüseyn İbrahim Taha ilə telefon danışığında İsrail rejiminin müdafiəsiz Fələstin xalqına qarşı hücumunu dayandırmaq üçün beynəlxalq qurumların, xüsusilə İslam Əməkdaşlıq Təşkilatının daha çox fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.
Əmir-Abdollahian İslam Əməkdaşlıq Təşkilatının üzvlərinin əvvəlki iclasından 4,5 ay keçməsinə toxunaraq, hazırkı ağır vəziyyətin nəzərdən keçirilməsi və sionist rejimin Qəzzə zolağına təcavüzünə qarşı qətiyyətli tədbirlərin görülməsi üçün təşkilatın Nazirlər Şurasının təcili iclasını çağırıb.
Hüseyn İbrahim Taha da öz növbəsində sionist rejimin Qəzzə zolağına qarşı hücumlarının davam etməsindən narahatlığını bildirib və İranın fövqəladə iclasın keçirilməsi təklifini alqışlayıb.
Əmir Abdullahian, həmçinin əlcəzairli həmkarı Əhməd Ətaf ilə telefon danışığında ikitərəfli əlaqələrin son viziyyəti və region və Qəzzədə baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparıb.
İki xarici işlər nazirləri sionist rejimin Fələstin xalqına qarşı davamlı hücumlarını və Qəzzədəki ağır humanitar vəziyyəti kəskin şəkildə pisləyib, beynəlxalq ictimaiyyəti İsrail rejiminin fələstinliləri Misirin Sina səhrasına köçməyə məcbur etmək üçün Rəfəhdə qətliamını dayandırmağa çağırıblar.