Fev 16, 2024 15:37 Asia/Baku
  • Əlqəssam batalyonları sionistlərin mövqelərini hədəfə alıblar

Sionist rejimin Qəzzəyə qarşı hücumları ilə bir zamanda Fələstinin müqavimət döyüşçüləri də işğalçıları raketlə hədəfə alıblar.

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın hərbi qolu olan Əlqəssam batalyonları Yasin-105 və TBG raketlərilə Xan Yunus şəhərinin əlaqə yollarında sionist rejim hərbçilərini hədəfə alıblar.

Livan Hizbullah hərəkatı da bir bəyanatda bildiribdir ki, Qəzzə zolağında müqavimətli Fələstin xalqı və bu diyarın müqavimətini himayə istiqamətində, həmçinin Əlnabatiyyə və Əlsəvanə qəsəbələrində törədilmiş cinayətlərə ilk cavabda/ islami müqavimət döyüşçüləri «Krayat Şemone» sionistsakinli qəsəbəni onlarla «Katyuşa» raketi ilə hədəfə alıblar.

Sionist rejim mediaları bildiriblər ki, «Krayat Şemone» qəsəbəsi iki mərhələdə on beş Katyuşa və iki zirehə qarşı raketlə Livanın cənubundan hədəfə alınıb.

Bu hücumların ardınca həmin qəsəbədə həyəcan siqnalı səsləndirilib və yardım qrupları özlərini raketlərin düşdükləri məkana çatdırıblar.

Bu istiqamətdə, Livan islami müqaviməti bildiribdir ki, müqavimət döyüşçülərinin sionist düşmənə qarşı əməliyyatlarının sayı 1038 əməliyyata çatıb.

Fələstin səhiyyə nazirliyi də bildiribdir ki, Nasir xəstəxanasının generatorları fəaliyyətini dayandırıb və bu xəstəxananın elektrik cərəyanı tamamilə kəsilibdir.

Nazirlik qeyd edibdir ki, hazırda xəstəxananı öz nəzarəti altına alan sionist rejim/ onun müalicə və həkim personalının və xəstələrin həyatlarında məsuliyyət daşıyır.

Qəzzədə yerləşən Fələstin səhiyyə nazirliyi həmçinin xəstəxanadakı tibb işçilərinin və xəstələrin həyatlarını xilas etmək üçün bütün beynəlxalq orqanların dərhal işə qarışmalarını istəyib.

Sionist rejimin 2023-cü il oktyabrın yeddisindən bəri Qəzzə zolağına qarşı təcavüzlərində şəhid olan fələstinlilərin sayı 28 min 663, yaralıların miqdarı isə 68 min 395 nəfərə çatıbdır.