İşğalçıların Əməl xəstəxanasına basqın haqda Əlaləm-in reportajı
İşğalçı hərbçilər Qəzzə zolağının Xan Yunus şəhərində yerləşən Əməl xəstəxanasına basqın ediblər. Onlar qəbul bölməsinin xəstələri, şəfqət işçiləri və həkimlərindən bir qrupunun əlllərini qandallayıblar.
Əlaləm informasiya telekanalının Qəzzənin Diyrulbələh bölgəsindəki müxbiri Əsra Əlbəhisi bildiribdir ki, işğalçı qüvvələr Əməl xəstəxanasının ətrafındakı bütün binaları dağıdıblar.
Mühasirəyə alınmış Əlhuzani və «Harun Əlrəşid» məktəblərindəki fələstinli didərginlər sionist hərbçilərin mühasirəsindən xilas olmaq üçün yardım istəyiblər.
Əlaləm müxbiri belə qeyd edib: Əlhuzani məktəbində yüz fələstinli didərgin var. Onlar yaşlıdırlar və xəstəxanadan çıxmağa qadir deyillər. Onlar hazırda mühasirə və mərmi atışına tuş gəlmək təhlükəsi altındadırlar və hər an sionist hərbçilər tərəfindən qətli-am ilə təhdid olunurlar.
Sionist hərbçilər Nusəyrat düşərgəsində bir fələstinli ailəni qətli-am ediblər. Bu cinayətdə bir ailənin on beş üzvü şəhid olub. Şəhidlərin cənazələri hələ uçqunlar altındadır.
Əlbəhisi qeyd edibdir ki, qəsbkarlar Qəzzə zolağının bütün bölgələrinə qarşı hərtərəfli hücuma keçməkdədirlər.
Əlaləm müxbiri humanitar yardımların durumu barədə isə belə deyib: Yardım üçün bir neçə yük maşını Qəzzə zolağına daxil olub, amma yük maşınlarının sayı öncəki aylardakı miqdar qədərdir və artmayıbdır. Əksinə, bu miqdar bəzən də azalır, amma əgər dünya Qəzzə əhalisinin qida çatışmazlığı problemindən nicat tapmasını istəyirsə, hər gün qida maddələri daşıyan min yük maşını bu bölgəyə daxil olmalıdır