Afrika ölkələrinin başçıları Qəzzədəki müharibəyə dərhal son qoyulmasını tələb ediblər
https://azeri.sahartv.ir/news/fələstin-i408563-afrika_ölkələrinin_başçıları_qəzzədəki_müharibəyə_dərhal_son_qoyulmasını_tələb_ediblər
Afrika ölkələrinin başçıları Afrika İttfaqı sammitindəki çıxışlarında Qəzzədə atəşkəsin bərqərar edilməsini tələb ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 18, 2024 10:01 Asia/Baku
  • Afrika ölkələrinin başçıları Qəzzədəki müharibəyə dərhal son qoyulmasını tələb ediblər

Afrika ölkələrinin başçıları Afrika İttfaqı sammitindəki çıxışlarında Qəzzədə atəşkəsin bərqərar edilməsini tələb ediblər.

Sammitdə Afrika İttfaqı komissiyasının sədri Musa Fəkki İsrail rejiminin hücumlarını beynəlxalq humanitar qanunların vəhşicəsinə pozulması adlandırıb. Bildirib ki, Təl-Əviv Qəzzə sakinlərini məhv etmək niyyətindədir.

Afrika İttfaqı ölkələrinin Fələstin xalqı ilə həmrəyliyini bildirən Fəkki vurğulayıb: Biz İsrail rejiminin/ bəşəriyyət tarixində tayı görünməmiş/ Qəzzə əhalisinə qarşı vəhşicəsinə hücumlarını pisləyirik.

Afrika İttfaqının sabiq sədri və Komor prezidenti Qəzali Osmani də Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində sionist rejimə qarşı şikayət işi açmasını alqışlayıb.

Təəssüflər olsun ki, İsrail rejimi ordusu bizim gözlərimizin qarşısında Qəzzədə cinayət və soyqırımı törətməkdədir- deyə, Qəzali Osmani vurğulayıb.