Fev 27, 2024 12:39 Asia/Baku
  • Abbas Fələstin muxtariyyəti hökumətinin istefası ilə razılaşıb

Fələstin muxtariyyəti təşkilatının sədri Mahmud Abbas dünən gecə bu təşkilatın nazirlər kabinetinin istefasını qəbul edib.

Məhəmməd Əştiyyə hökumətinin istefası ilə razılaşma, onun/ Fələstin muxtariyyəti təşkilatının sədri ilə görüşündən sonra baş tutub.

Əştiyyə hökumətinin istefasını qəbul edən Abbas, yeni nazirlər kabinetinin təşkilinə qədər, istefa vermiş baş naziri işlərin idarə olunması üzrə müvəqqəti məsul şəxs təyin edib.

Fələstin muxtariyyəti hökumətinin istefa verməsinin fonunda qeyd edək ki, soyqırımçı sionist rejim iki min iyirmi üçüncü il oktyabrın yeddisindən bəri Qərb ölkələrinin hərtərəfli himayələri ilə Qəzzə zolağında və İordan çayının qərb sahilində müdafiəsiz və məzlum Fələstin xalqına qarşı geniş qırğın törədir. Dünya ictimaiyyəti ilə insan hüquqları orqanlarının İsrail rejiminin cinayətləri qarşısında susmaları, bu qanunsuz rejimin hərb maşını tərəfindən fələstinli qadın və uşaqların qırğın olunmalarının davam etməsinə bais olubdur.