Hizbullah sionist rejim PUA-sını vurub
https://azeri.sahartv.ir/news/fələstin-i408811-hizbullah_sionist_rejim_pua_sını_vurub
Livan Hizbullahı sionist rejimin Livan səmasında kəşfiyyat tapşırığı yerinə yetirməkdə olan «Hermes-dörd yüz əlli» tipli pilotsuz uçuş aparatını «yer-hava» tipli raketlə məhv edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 27, 2024 11:53 Asia/Baku
  • Hizbullah sionist rejim PUA-sını vurub

Livan Hizbullahı sionist rejimin Livan səmasında kəşfiyyat tapşırığı yerinə yetirməkdə olan «Hermes-dörd yüz əlli» tipli pilotsuz uçuş aparatını «yer-hava» tipli raketlə məhv edib.

Livan İslam Müqavimətinin bəyanatında deyilir ki: İslam Müqavimətinin hava hücumundan müdafiə bölməsi Qəzzə zolağında Fələstinin müqavimətli xalqını və onun şücaətli və şərəfli müqavimət qüvvələrini himayə istiqamətində İsrail rejiminin bir ədəd «Hermes-dörd yüz əlli» tipli irihəcmli pilotsuz uçuş aparatını məhv edib.

Livan İslam Müqaviməti bu ölkə səmasında İsrail rejimi ordusunun bir ədəd PUA-sını vurduqdan bir neçə saat sonra onun təqib olunması və vurulması ilə bağlı görüntüləri yayıb.