Əbu Übeydə İsrail rejiminə ultimatum verib
https://azeri.sahartv.ir/news/fələstin-i409182-Əbu_Übeydə_İsrail_rejiminə_ultimatum_verib
HƏMAS hərəkatının hərbi qanadı olan İzzəddin Əl-Qəssam Briqadalarının sözçüsü Əbu Übeydə sionist İsrail rejiminə ultimatum verib.
(last modified 2024-03-09T08:14:22+00:00 )
Mart 09, 2024 12:13 Asia/Baku
  • Əbu Übeydə İsrail rejiminə ultimatum verib

HƏMAS hərəkatının hərbi qanadı olan İzzəddin Əl-Qəssam Briqadalarının sözçüsü Əbu Übeydə sionist İsrail rejiminə ultimatum verib.

Əbu Übeydə deyib: “Cinayətkar düşmən millətimizə qarşı amansız holokast törətməyə davam edir və dünya qanunlarına məhəl qoymur. Belə bir şəraitdə sionist rejimlə əsirlərin mübadiləsində bizim ən yüksək prioritetimiz Qəzzə zolağına qarşı hərbi təcavüzü dayandırmaq və düşmənin oradan çıxarılması, Fələstin xalqına yardım, qaçqınların geri qaytarılması və Qəzzə zolağının yenidən qurulması üçün tam öhdəlik götürməkdir və biz bu tələblərdən geri çəkilməyəcəyik”.

Əbu Übeydə əlavə edib ki, Netanyahu Qəzzə zolağından sionist əsirləri tabutlarda geri qaytarmağa çalışır, danışıqlarda isə hiylə və yayınma rıçaqlarından istifadə edir.