Mart 10, 2024 15:22 Asia/Baku
  • İsmayıl Həniə İslam dünyasının liderlərinə müraciət etdi

HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Həniə İslam dünyasının liderlərinə müraciət edərək Ramazan ərəfəsində Qəzza zolağında müharibəni dayandırmaq üçün dərhal hərəkətə keçmələrini istəyib.

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi rəhbəri İsmayıl Həniə ötən gün İslam aləminin başçılarına, görkəmli şəxsiyyətlərinə və din xadimlərinə müraciət yayaraq sionist rejimin Qəzzə zolağına təcavüzünün dayandırılması və Məscidül-Əqsanın qorunması üçün dərhal siyasi, diplomatik və hüquqi addım atmalarını istəyib.

O, Qəzzə xalqına ərzaq, dərman, sığınacaq və həmçinin keçidlərin açılması üçün yardımların göstərilməsi məqsədilə dərhal profilaktik tədbirlərin görülməsini təkid edib.

Törətdiyi saysız-hesabsız cinayətlərin faş edilməsini, müharibə və bəşəriyyətə qarşı yönəlmiş cinayətləri və Qüdsü işğal altında saxlamış rejimin mühakiməsini tələb edən Hərəkat lideri bu rejimin siyasi və diplomatik təcrid edilməsi üçün daha çox səylərin göstərilməsinə çağırıb.

Digər tərəfdən, Qəzzədə hökumətin məlumat mərkəzi bəyanat yayaraq bildirib ki, sionist rejimin Qəzzə zolağına təcavüzü artıq özünün 6-cı ayına keçdiyi bir vaxtda şəhid, yaralı və itkin düşənlərin sayı təxminən 110 min nəfərə çatıb. Bəyanatın davamında bildirilir ki, Qəzzə zolağında yaşayan vətəndaşların 90%-i köçkün şəraitdə qalır və onlar öz yurdlarından didərgin düşmək məcburiyyətində qalıb.

Anklavda yerli hökumətin informasiya mərkəzi yaydığı məlumatda qeyd edib ki, indiyədək işğalçı rejim trəfindən vurulmuş ziyan 30 milyard dollardan çoxdur. Zolaqda yaşayış evləri, obyektlər və infrastrukturlar, o cümlədən yollar, elektrik və su və kanalizasiya şəbəkələri viran hala salınıb.