Mart 14, 2024 13:41 Asia/Baku
  • Fələstinli əsirlərin vəziyyəti ağırlaşıb - TƏHLİL

Fələstinli Əsirlər Klubu bir bəyanatda sionist rejim həbsxanalarındakı fələstinli məhbusların ağır vəziyyəti ilə bağlı xəbərdarlıq edib.

2023-cü il oktyabrın 7-də Qəzzə müharibəsi başlamazdan əvvəl sionist həbsxanalarındakı fələstinli əsirlərin sayı təxminən beş min idi. Sionist rejimin Qəzzəyə qarşı soyqırım törətdiyi son beş ayda isə əsirlərin sayı təxminən iki dəfə artıb.

Fələstinli Əsirlər Klubunun məlumatına görə, 9100 fələstinli; o cümlədən qadın və uşaqlar sionist rejimin həbsxanalarındadır və onlar çox pis vəziyyətdədirlər.

İşğalçı rejim Qəzzədəki soyqırımdan əlavə, fələstinli əsirlərə qarşı zorakılıqları da xeyli artırıb və onları ac saxlayır, bunu sistemli şəkildə həyata keçirir.

Əslində, əsirləri ac saxlama siyasəti işğal rejiminin oktyabrın 7-dən başlayaraq məhbuslara, o cümlədən qadın və uşaqlara işgəncə verilməsi siyasəti ilə birlikdə icra olunur.

Fələstin Muxtariyyətinin Əsirlər və Məhbuslar İşləri Komitəsi bu yaxınlarda fələstinli əsirləri ac ​​saxlama siyasətinə qarşı xəbərdarlıq edib.

Bundan əlavə, sionist həbsxanalar təşkilatı xəstə məhbuslar və əsirləri müalicə etməkdən imtina edir və onları dərmanla təmin etmir.

Digər bir məsələ isə budur ki, məhbuslar və əsirlərin sağlamlıq baxımından üzləşdiyi ağır vəziyyətlə yanaşı, sionist rejim başqa bir cinayətdə onları dini hüquqlarından məhrum edib. Sionist rejim müqəddəs Ramazan ayının başlaması ilə eyni vaxtda fələstinli məhbuslar və əsirlərin dini fərizələri və öhdəliklərini yerinə yetirməsinə mane olur.