Netanyahunun kabinetinə qarşı etiraz dalğası davam edir
Mart 17, 2024 19:55 Asia/Baku
Ötən gün Təl-Əvivdə, işğal olunmuş Qüds və Hayfada Benyamin Netanyahunun kabinetinə qarşı kütləvi aksiyalar keçirilib.
Təl-Əvivdə sionist rejimin Müharibə Nazirliyinin qarşısına toplaşan etirazçılar atəşkəs razılaşması və HƏMAS ilə əsirlərin mübadiləsini tələb ediblər.
Sionist əsirlərin ailələri də bu rejim kabineti ilə HƏMAS arasında əsirlərin mübadiləsinə dair razılığın olmamasına etiraz olaraq Ayalon prospektini bağlayıblar.
İşğal altındakı Qüdsdə isə, etirazçılar baş nazir Benyamin Netanyahunun avtomobil karvanını mühasirəyə alıblar.
Hayfada davam edən etirazlarda Müqavimət cəbhəsi ilə əsirlərin dəyişdirilməsi üçün təcili razılığın əldə olunmasını tələb ediblər.