Mart 19, 2024 13:38 Asia/Baku
  • İsrail rejimi cinayətləri əks etdirilməsin deyə, müxbirlərə hücum edib

Qətərin Əlcəzirə telekanalı vurğulayıbdır ki, İsrail rejiminin müxbirlərə hücumu, bu rejimin Qəzzədə törətdiyi cinayətlərlə bağlı xəbərlərin əks etdirilməsinin qarşısını almaq məqsədilə media mənsubları arasında qorxu hissi yaratmaq üçün həyata keçirilir.

Əlcəzirə telekanalı İsrail rejimi ordusunun Qəzzədəki Əlşifa xəstəxanasına hücumu zamanı bu rejim hərbçiləri tərəfindən həbs olunan sözügedən telekanalın müxbiri İsmail Əlğul-un dərhal azadlığa buraxılmasını tələb edib. Vurğulayıb ki, müxbirlərin Əlşifa xəstəxanasında həbs olunmaları və hədəfə alınmaları qəsbkar sionist rejim ordusu tərəfindən bu rejimin Qəzzədə törətdiyi cinayətlərlə bağlı xəbərlərin əks etdirilməsinin qarşısını almaq məqsədilə media mənsubları arasında qorxu hissi yaratmaq üçün göstərilən cəhddir.

Əlcəzirə əlavə edib: İsmail Əlğul-un başına gətirilənlər sionist rejimin bu telekanala qarşı məqsədyönlü hücumları çərçivəsində həyata keçirilib.

İşğalçı İsrail rejiminin Qəzzədə media mənsublarına və müxbirlərə qarşı cinayətlərini pisləyən Əlcəzirə telekanalı bu cinayətlərin dərhal durdurulmasını tələb edib.

BMT-nin söz və vicdan azadlıqları üzrə xüsusi məruzəçisi Ayrin Xan/ Əlcəzirə telekanalı ilə müsahibədə deyibdir ki, sionist rejim hərbçilərinin Qəzzədə müxbirlərlə bu cur rəftar etmələrini görmək, şokedicidir.

O, əlavə edib: İsrail rejimi Qəzzədə müxbirlərlə rəftar barədəki beynəlxalq qanun-qaydalara məhəl qoymur.

BMT-nin söz və vicdan azadlıqları üzrə xüsusi məruzəçisi söyləyib: Qəzzədə müxbirlərə qarşı cinayətlərinə görə İsrail rejimini cavabdeh etmək üçün hamımız ciddi mövqe tutmalıyıq.