Livan Hizbullahının hücumları İsrail rejimini təlaşa salıb
Sionistlər çarəsiz vəziyyətə düşüblər
Livan Hizbullahının işğal olunmuş Fələstinin şimalına hücumlarının davam etməsi sionistləri son dərəcə çıxılmaz vəziyyətə salıb.
Sionist rejimə bağlı mənbələr bildiriblər ki, baş nazir Benyamin Netanyahu işğal olunmuş Fələstinin şimal bölgələrinin yerli səlahiyyətliləri ilə Livan islami müqavimət hərəkatının hücumlarının davam edəcəyi təqdirdə bu ərazilərdə dərs ilinin necə başlanması ilə bağlı məsləhətləşmələr aparıb.
Sionist rejim mediası olan “İsrael Hayom” xəbər verib ki, son bir neçə gün ərzində Netanyahu növbəti təhsil ilinin başlanması ilə bağlı işğal olunmuş Fələstinin şimalında yerli məmurlarla görüş keçirib və onun təxirə salınması imkanlarını müzakirə edib.
Bu sionist medianın məlumatına görə, Netanyahu adıçəkilən rəsmilərlə sionist mühacirlərin otellərdə qalma müddətinin iyuldan sonraya qədər uzadılması məsələsi ilə də tanış olub.