UNRWA: İsrail qətliamların rekordunu qırıb
https://azeri.sahartv.ir/news/fələstin-i410186-unrwa_İsrail_qətliamların_rekordunu_qırıb
BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Agentliyinin (UNRWA) rəhbəri bildirib ki, İsrail uşaqların, yardım işçilərinin, media fəallarının və tibb işçilərinin qətliamında rekordu qırıb.
(last modified 2024-04-09T06:37:42+00:00 )
Apr 09, 2024 10:35 Asia/Baku
  • UNRWA: İsrail qətliamların rekordunu qırıb

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Agentliyinin (UNRWA) rəhbəri bildirib ki, İsrail uşaqların, yardım işçilərinin, media fəallarının və tibb işçilərinin qətliamında rekordu qırıb.

Filip Lazzarini deyib: “Qəzzəyə qarşı 6 aylıq müharibənin cinayətlərini sözlə ifadə etmək mümkün deyil, hər şey məhv edilib. Xəstəxanalar və BMT-nin qərargahları humanitar və beynəlxalq qanunlara zidd olaraq dağıdılıb və bütün qırmızı xətlər tapdalanıb.”

Onun sözlərinə görə, Qəzzə zolağında iki milyon insanın həyatı bir göz qırpımında məhv edildi, çoxları öz yaxınlarını itirdi, kədərli və hüznlü ürəklərdən başqa heç bir şey tapılmır.