İsrail rejimi Qəzzədə soyqırım törədir
Qəzzədəki binaların İsrail rejimi tərəfindən geniş şəkildə dağıdılması/ bu rejimin Qəzzədə soyqırımı törətdiyini göstərir. Bunu, BMT-nin xüsusi məruzəçisi deyib.
«Bala-Krişnan Raca-Quyal» münasib mənzilə malikolma haqqı barədə söyləyib: Bizim dəyərləndirmələrimizə əsasən, Qəzzənin şimalındakı binaların səksən beş, bu zolağın mərkəzindəki binaların isə yetmiş faizi dağıdılıbdır.
O, sionist rejimin Qəzzə zolağında ardıcıl şəkildə həyata keçirdiyi bombardmanlara reaksiyada deyibdir ki: Qəzzə/ hücumlar və bombardmanların ağırlığı altında/ yaşamağa yararsız olan bir şəhərə çevrilib.
Raca-Quyal ötən bazar günü də BMT-nin İnsan Hüquqları Şurasında sionist rejimə silahların ötürülməsinin dayandırılmasına dair qətnamənin qəbul edilməsinə reaksiyada «X» sosial şəbəkəsində yaydığı bir mətləbdə yazmışdı ki: Bu qətnamə icbarilik gətirməsə də, BMT-nin İnsan Hüquqları Şurası tərəfindən atılan çox mühüm addımdır.