Təl-Əvivdə Netanyahuya qarşı etirazlar davam edir
Minlərlə etirazçı dünən gecə bir daha Təl-Əvivdə Benyamin Netanyahuya və onun hökumətinə qarşı aksiya keçirib.
Sionist rejimin on ikinci telekanalı bildiribdir ki, sionist qəsəbə sakinləri bir daha/ və leysan yağışı altında Təl-Əvivdə aksiya keçiriblər. Aksiyaçılar Qəzzədəki sionist əsirlərin azadlığı üçün təcili tədbirlərin görülməsini tələb ediblər.
Sionist «Yediot Aharonot» qəzeti dünən gecə ifşa etdi ki, sionist rejimin müharibə hökumətinin əksər üzvlərinin Amerikanın Qəzzədə atəşkəsə dair layihəsilə razılaşdıqları bir halda, Netanyahu bu layihəyə qarşıdır. Məhz bu xəbərin yayılmasından az sonra sionist etirazçılar aksiya keçirməyə başlayıblar.
Onu da qeyd edək ki, sionist rejimin baş naziri həmin xəbərdən az öncə demişdi ki, İsrail rejimi ordusunun Qəzzə zolağında yerləşən Rəfəh şəhərinə girişi tarixi barədə razılıq əldə olunub.
Sionist rejimin baş nazirinin/ Amerikanın/ Qəzzədə atəşkəs razılaşması üzrə layihəsinə qarşı çıxmasının fonunda qeyd edək ki, bazar günü Misirin dəvəti ilə Həmas hərəkatından və sionist rejimdən olan heyətlər Qəzzədə atəşkəsə dair müzakirələrdə iştirak etmək üçün Qahirəyə yola düşdülər.
Misirli mənbəlrin dediklərinə görə, Qahirə müzakirələrində Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi və Qətərin baş naziri də iştirak edirlər.