İsrailin çəkindirmə qüvvəsi iflasa uğradı
https://azeri.sahartv.ir/news/fələstin-i410501-İsrailin_çəkindirmə_qüvvəsi_iflasa_uğradı
Sionist rejimin keçmiş ədliyyə naziri Ayelet Şaked öz açıqlamasında bu rejimin İran İslam Respublikasına qarşı çəkindirmə gücünün iflasa uğradığını etiraf edib.
(last modified 2024-04-20T05:58:58+00:00 )
Apr 20, 2024 09:58 Asia/Baku
  • İsrailin çəkindirmə qüvvəsi iflasa uğradı

Sionist rejimin keçmiş ədliyyə naziri Ayelet Şaked öz açıqlamasında bu rejimin İran İslam Respublikasına qarşı çəkindirmə gücünün iflasa uğradığını etiraf edib.

İRNA-nın verdiyi xəbərə görə, Ayelet Şaked İsrail televiziyasının 12-ci Kanalına müsahibəsində deyib: “İsrailin HƏMAS və İrana qarşı çəkindirmə qüvvəsi iflasa uğrayıb və bu, narahatlıq doğurur”.

Siyasətçinin sözlərinə görə, İranın hücumu İsrailin çəkindirmə gücünün tamamilə iflası idi.

İslam İnqilabı Keşikçiləri Korpusu aprelin 14-ü şənbə gecəsi “Doğru vəd” əməliyyatını həyata keçirərək, Tel-Əvivi cəzalandırıb və İsrail rejiminin mövqelərinə onlarla pilotsuz təyyarə və raket zərbəsi endirib.

İran İslam Respublikası BMT Nizamnaməsinin qanuni müdafiə ilə bağlı 51-ci maddəsinə əsasən bu addımı atıb.