Hizbullah İsrailə "Burkan"la cavab zərbəsi endirdi
https://azeri.sahartv.ir/news/fələstin-i410585-hizbullah_İsrailə_burkan_la_cavab_zərbəsi_endirdi
Livan Hizbullahı döyüşçüləri Qərbi Əl-Cəlildə "Burkan" raketlərindən istifadə edərək İsrail hərbi obyektlərini darmadağın ediblər.
(last modified 2024-04-22T06:06:37+00:00 )
Apr 22, 2024 10:06 Asia/Baku
  • Hizbullah İsrailə

Livan Hizbullahı döyüşçüləri Qərbi Əl-Cəlildə "Burkan" raketlərindən istifadə edərək İsrail hərbi obyektlərini darmadağın ediblər.

Məlumata görə, hücumda Cəl əl-Aləm yüksəkliyindəki radiolokasiya, həmçinin Avivim, Doviv və Şomera yaşayış məntəqələrindəki komanda-müşahidə məntəqələri, eləcə də kazarmalar hədəf alınıb.

Hizbullah qeyd edir ki, zərbə nəticəsində düşmənə Livan ərazisinə nəzarət etməyə imkan verən Misqav-am hərbi bazasında quraşdırılmış kəşfiyyat avadanlıqları sıradan çıxıb. Bu əməliyyatlar İsrailin Livanın 4 kəndinə hücumlarına cavab olaraq həyata keçirilib.