May 18, 2024 20:05 Asia/Baku
  • Sionistlərin hücumları nəticəsində Qəzzədə 600-dən çox məscid dağılıb

Qəzzə vəqflər nazirliyi sionist rejimin hücumlarında Qəzzə zolağında altı yüz dörd məscidin tam şəkildə dağıldığını bildirib.

Qəzzə vəqflər nazirliyi bir məlumatda qeyd edibdir ki, işğalçı rejimin raket və bombaları altı yüz dörd məscidi tam, iki yüzdən çox məscidi isə cüzi şəkildə dağıdıb.

Qəsbkar rejim altmış qəbiristanı da hədəfə alıb, açıb və şəhidlər və vəfat edənlərdən min nəfərdən çox insanın cəsədini oğurlayıb və doğrayıbdır.

Bu məlumata görə, işğalçı İsrail rejimi Qəzzə vəqflər nazirliyinin tabeliyində olan on qərargahı, o sıradan nazirliyin əsas qərargahı, Quran radiosunun qərargahı, Xan Yunus vəqflər idarəçiliyi və nazirliyin əlyazmaları və sənədlərin saxlanılması mərkəzini dağıdıb. Həmçinin indiyədək Qəzzə vəqflər nazirliyinin əməkdaşlarından doxsan bir nəfər şəhid olub.

Ötən il oktyabrın yeddisindən bəri sionist rejim ordusunun Qəzzə zolağına qarşı hücumlarında otuz beş mindən çox fələstinli şəhid olub, yetmiş doqquz min nəfərdən çox fələstinli də yaralanıbdır.