Seyid Həsən Nəsrullah: xərçəng şişini məhv etmək əsas missiyamızdır
https://azeri.sahartv.ir/news/fələstin-i411648-seyid_həsən_nəsrullah_xərçəng_şişini_məhv_etmək_əsas_missiyamızdır
Livan Hizbullah Hərəkatının baş katibi vurğulayıb ki, Müqavimət İsrail xərçəng şişini bölgədən silmək üçün bütün səylərini davam etdirəcəkdir.
(last modified 2024-06-01T06:28:52+00:00 )
İyun 01, 2024 10:27 Asia/Baku
  • Seyid Həsən Nəsrullah: xərçəng şişini məhv etmək əsas missiyamızdır

Livan Hizbullah Hərəkatının baş katibi vurğulayıb ki, Müqavimət İsrail xərçəng şişini bölgədən silmək üçün bütün səylərini davam etdirəcəkdir.

Seyid Həsən Nəsrullah deyib: “Benyamin Netanyahu müharibə məsələsinə təkid etməklə, sionist rejimin vəziyyətini daha da pisləşdirəcək. Sionist rejimin mərkəzi bankının rəhbəri, ordu rəhbərləri və yüksək rütbəli hərbçilər bu rejimin daxilindəki fəlakət və böhrandan danışırlar”.

Onun sözlərinə görə, Qəzzə müharibəsi ekzistensial müharibədir. Buna görə də sionist rejimin bu müharibədə məğlubiyyəti bütün regionun hər bir sahələrində böyük təsirlər buraxacaq”.