Sionist rejimə nifrət böyüyür
İsrail vətəndaşlarının Maldivə girişi qadağan edildi
İyun 03, 2024 12:27 Asia/Baku
Maldiv adalarının prezidenti Məhəmməd Muizzu Nazirlər Kabinetinin tövsiyəsindən sonra sionist İsrail vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulması barədə qərar qəbul edib.
Dövlət başçısının rəsmi saytında bildirilir: “Kabinetin qərarına İsrail pasportu sahiblərinin Maldiv adalarına girişini qadağan edən zəruri qanunlara dəyişiklik edilməsi, habelə hökumət daxilində bu hərəkətlərə nəzarət edən komitənin yaradılması daxildir”.
Maldiv adaları prezidenti həmçinin fələstinlilərin ehtiyaclarını qiymətləndirmək və onlara yardım üçün vəsait toplama kampaniyası təşkil etmək məqsədilə xüsusi nümayəndə də təyin edib.
Bundan əlavə, ölkədə “Maldivlilər Fələstinlə həmrəydir” şüarı altında ümummilli mitinq keçirilməsi planlaşdırılır.