Sionistlər təlaş içində;
İşğalçı rejim Livan Müqavimətinin qarşısında acizdir - TƏHLİL
Sionist rejimin mətbuatı işğal olunmuş Fələstinin şimal cəbhəsində bu rejim ordusunun Livan islami müqavimətinə qarşı çəkindirici gücünü itirdiyini etiraf edib.
Sionist rejimin Qəzzə zolağına qarşı soyqırımının səkkizinci ayında Ərəb ölkələri bu soyqırıma qarşı heç bir əməli addım atmasa da, Livan Müqaviməti və Yəmən ordusu məzlum Qəzzə əhalisinə açıq şəkildə dəstək verir.
Görünür, sionist rejimin hücumları Livan Hizbullahının bu rejimə qarşı hərbi əməliyyatlarını dayandıra bilməyib və qaniçən rejim Livan Hizbullahının çəkindirici gücünü düzgün dərk etməyib.
Bu baxımdan, sionist rejimin mediası bu rejimin Livanın islami müqavimətinə qarşı çəkindirici gücünü itirdiyini və Hizbullahın vədlərinin doğruluğunu etiraf etməyə başlayıb.
İsrail mediasının xəbərinə görə, Livan Hizbullahı İsrail ordusunun mövqelərinə və işğal olunmuş Fələstinin şimalındakı sionist yaşayış məntəqələrinə raketlərlə hücum edir və sionist düşmənin tələfatı artır.
Bu hücumlar şübhəsiz ki, Hizbullahın genişmiqyaslı müharibə olacağı təqdirdə sionist rejimlə qarşıdurmaya hazır olduğunu göstərir.
Sionist medianın diqqət yetirdiyi digər məqam Livan Hizbullahının sədaqətidir. Sionist media yazır ki, İsrail hökuməti hər şeyi inkar etsə də, Hizbullahın ağır insani və maddi zərbələr vurduğuna inanmaq lazımdır.
Bununla bağlı “Əl-Əhd” xəbər portalı sionist mediaya istinadən yazıb ki, sionist düşmən təxminən səkkiz aya yaxındır ki, Livan cəbhəsindəki itkilərini senzura edir.
Bu xəbər saytı əlavə edir ki, sionist media tərəfindən Hizbullah və Təl-Əvivin dürüstlüyü ilə bağlı keçirilən sorğunun nəticələri göstərir ki, sionistlərin 80 faizi xəbər və təhdidlərdə Hizbullahı daha dürüst hesab edir.