May 25, 2023 18:58 Asia/Baku

"İnter" İtaliya Kubokunun finalında "Fiorentina"nı məğlub edib və kubokun sahibi olub

SəhərAzəri-nin məlumatına əsasən, Romada keçirilən final oyununda "İnter" klubu "Fiorentina" ilə qarşılaşıb. Görüş "İnter"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə də "İnter" doqquzuncu dəfə İtaliya kubokunun sahibi olub.

Matçda Lautaro Martines əla performans göstərib və dubl edib, "Fiorentina"nın qolunu isə Nikolas Qonsales vurub.

“İnter” bu çempionluqla ilk kubokunu qazanıb. Əlbəttə onların Avropanın çempionu olmaq şansları var.

UEFA Çempionlar Liqasının son oyunu iyunun 10-da Türkiyənin İstanbul şəhərində "İnter" ilə "Siti" arasında keçiriləcək.

Teqlər