İyun 11, 2023 17:03 Asia/Baku
  • «Mançester Siti» Avropa Çempionlar Liqasının birincililyini qazandı

Avropa Çempionlar Liqasının finalında «İnter»i məğlub edən «Mançester Siti», ilk dəfə olaraq, bu liqanın çempionluğuna nail olub.

SəhərAzəri-nin məlumatına əsasən, «Mançester Siti» və «İnter Milan» klublarının Avropa Çempionlar Liqasının finalı çərçivəsindəki görüşü dünən axşam Bakı vaxtı ilə saat iyirmi üç -sıfır-sıfır dəqiqədə İstanbulun Olimpiya Stadionunda keçirilib. Oyunu polşalı hakim Şimon Marsinyak idarə edib.Görüş bir-sıfır hesabı ilə «Mançester Siti»nin xeyrinə qurtarıb. Yeganə qolu, oyunun altmış səkkizinci dəqiqəsində «Mançester Siti»nin ispaniyalı yarımmüdafiəçisi Rodriqo Ernandes vurub.Beləliklə, «Mançester Siti» ilk dəfə olaraq, Avropa Çempionlar Liqasının çempionu olub.Sözügedən liqada üç dəfə çempion adını qazanmış «İnter Milan» dünənki məğlubiyyətlə dördüncü dəfədir ki, liqada ikinci olur.

 

Teqlər