Avropada ilin ən yaxşı bombardirləri müəyyənləşib
Futbol mövsümünün sona çatması ilə Avropanın ən yaxşı bombardirləri bəlli olub.
İspaniyanın "AS" nəşrinin məlumatına görə, "Mançester Siti"nin çempionluğu ilə 2023-cü il UEFA Çempionlar Liqası başa çatdıqdan sonra bu futbol mövsümünə yekun vurulub və Avropada ilin ən yaxşı bombardirləri müəyyənləşib.
Avropanın ən yaxşı bombardirləri siyahısında "Siti"nin norveçli ulduzu Erlinq Haaland liderdir. O, 55 oyunda 53 qol vurub. İkinci pillədə isə 54 oyunda 52 qolla Pqrisin ulduzu Killian Mbappe dayanır.
Argentinalı superulduz Lionel Messi 53 oyunda 37 qol vurub və birinci və ikincidən yüksək fərqlə üçüncü yerdədir. "Tottenhem"in kapitanı Harri Keyn isə 58 oyunda 37 qolla dördüncü pillədə qərarlaşıb.
"Barselona"nın ulduzu Robert Levandovski 54 oyunda 35 qol vurub və Avropanın ən yaxşıları arasında beşinci yeri tutub. Məhəmməd Salah 34 qol və Markus Reşford 33 qolla müvafiq olaraq altıncı və yeddinci yerləri tutublar.