İyun 30, 2023 16:53 Asia/Baku
  • İranın milli futbol komandası FİFA reytinqində 22-ci pilləyə yüksəlib

İranın futbol üzrə milli komandası Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) son reytinq cədvəlində iki pillə irəliləyərək, dünyada 22-ci yeri təmin edib.

İRNA-nın məlumatına görə, İranın CAFA turnirində Əfqanıstan, Qırğızıstan və Özbəkistan üzərində qələbəsi onların yüksəlişinə yol açıb.

2022 FIFA Dünya Kubokunun çempionu Argentina hələ də birinci yerdədir, Fransa, Braziliya, İngiltərə, Belçika, Xorvatiya, Hollandiya, İtaliya, Portuqaliya və İspaniya kimi komandalar isə ikinci və onuncu yerləri tutur.

İsveç, Ukrayna, Serbiya, Polşa, Şotlandiya, Uels, Çexiya, Türkiyə və Norveç kimi güclü futbol komandaları hazırda İran milli komandasından aşağı yerdədir.

Asiya komandaları arasında İran Yaponiyadan sonra ikinci yeri tutmaqda davam edir.

 

Teqlər