İyul 25, 2023 16:02 Asia/Baku
  • «Çelsi»nin cəzb etməyə hazırlaşdığı ulduzlar

Maurisio Poçettino «Çelsi»ni gücləndirmək üçün nəzərdə tutduğu seçimləri klubun məsul şəxslərinə təqdim edib.

«Çelsi» futbol klubunun baş məşqçisi- Maurisio Poçettino, bu komandada fəaliyyətə başladıqdan sonra Moyses Kaysedonun cəzb edilməsi göstərişini verib.

Ötən mövsümdə «Brayton» da oynamış iyirmi bir yaşlı ulduz, «Çelsi»nin alqı siyahısının önündə gedir. Londonlu göyköynəklilər, yüz milyon funt-sterlinq, başqa sözlə, yüz iyirmi səkkiz milyon dollarla bu gənc ulduzu satın almağı qətiləşdirməyi planlaşdırırlar.

Bu istiqamətdə, Poçettino kluba üç oyunçunun adını təqdim edibdir ki, Kaysedonun iştirakı baş tutmazsa, onları/ «Stemford Bric» stadionuna gətirmiş olsun.

«Ayaks» klubundan Məhəmməd Kudus, «Sauthempton» klubundan Romeo Laviya və İspaniyanın Viqo şəhərini təmsil edən «Selta» klubundan Qabri Veyqa/ Poçettionun nəzərdə tutduğu futbolçulardır.